30 Iyul 2024 15:08
79
HADİSƏ

Məktəbin həyətində 18 yaşlı oğlanı "tok" vurub öldürdü - RƏSMİ

İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında 18 yaşlı gənci elektrik cərəyanı vurub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a  bildirilib ki, şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.

"İyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır".