Məktəbin tualetində cinsi əlaqədə oldu, hamilə olduğunu biləndə isə... - Azərbaycanda ŞOK
Balakən rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olan gənc həbs edilib.
Adalet.az xəbər verir ki, bu barədə Balakən rayon Məhkəməsi yanvarın 31-də hökm çıxarıb.
Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. O, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fərid Usubovun cinsi əlaqədə olduğu yeniyetmə orta məktəbi 9-cu sinifdə yarımçıq dayandırıb. İnstaqram sosial şəbəkəsi vasitəsilə tanış olan və aralarında sevgi münasibəti yaranan şəxslər həftənin şənbə və bazar günləri Qullar kənd 2 saylı tam orta məktəbinin sanitar qovşağında bir neçə dəfə intim münasibətdə olublar.
Bir müddət sonra isə qızın 8 aylıq hamilə olması üzə çıxıb. Bundan sonra ailələr razılığa gələrək nişan mərasimi keçiriblər və övladlarını evləndirmək qərarına gəliblər. Lakin hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Fərid Usubov cinayət məsuliyyətinə cəlb edilib./publika.az
Digər Xəbərlər
09 Yanvar 2026 11:52
Cəbrayıl və Füzulidə baş verən yanğın söndürüldü - VİDEO
09 Yanvar 2026 10:55
Bakıda “Opel” yandı - VİDEO
09 Yanvar 2026 10:11
Bakıda məktəbdə müəllim direktor müavinini DÖYDÜ
08 Yanvar 2026 18:11
Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı
08 Yanvar 2026 12:09
Abşeronun bu ərazilərində işıq olmayacaq
08 Yanvar 2026 11:37
Cəbrayılda yanğın törədən şəxs saxlanıldı
08 Yanvar 2026 11:29
Muğanlı-İsmayıllı yolunda qəza - Sürücünün həyat yoldaşı öldü
07 Yanvar 2026 16:06


Bakı -°C

