07 Avqust 2024 12:40
109
ELM VƏ TƏHSİL

Məktəbli formalarının satış ünvanları açıqlanıb

Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.

Adalet.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, valideyn keçid (https://shorturl.at/6ptf0) vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilər.

Siyahıda adlarının qeyd edilməsini istəyən digər sahibkarlıq subyektləri məntəqənin yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı [email protected] ünvanına məlumat verə bilərlər.