07 Avqust 2024 18:13
67
DÜNYA

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 896-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 635 təyyarəsi, 278 helikopteri, 29 322 PUA-sı, 563 zenit-raket kompleksi, 16 798 tank və digər zirehli texnikası, 1 396 reaktiv yaylım atəş sistemi, 12 926 artilleriya və minaatanı, 24 469 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.