İranda polislər hicabsız qadınları döydülər - VİDEO

İranda məcburi hicab qaydalarına əməl etməyən iki gənc qadına fiziki təzyiq göstərən polislərə qarşı araşdırma başlandığı bildirilib.
Adalet.az xəbər verir ki, bu barədə Tehran Hərbi Prokurorluğu açıqlama yayıb.
Açıqlamada fiziki zorakılıq tətbiq edən polis əməkdaşlarının müəyyən edilərək ifadə vermək üçün prokurorluğa çağırıldığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.
Qeyd edək ki, sosial mediada geniş yayılmış bu görüntülərdə paytaxt Tehranda qadınlar “əxlaq” polisləri tərəfindən şiddətə məruz qalaraq zorla polis maşınına mindiriliblər.
Görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra məlum olan hadisə ictimaiyyətin reaksiyasına səbəb olub.
Digər Xəbərlər

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB

Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddəti uzadılıb

Müxalifət Tramp-Putin görüşündən faydalanmaq istəyir

Avrokomissiya Ukraynaya 25 milyard avro ayıracaq

Tramp Putinlə bu şəhərdə görüşəcək – Tarixi açıqladı

Tramp Çinə meydan oxudu: “Onsuz da müharibənin içindəyik”
