“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
“ABŞ-də orta məktəbin dərs kitablarında 71 min 681 sözdən istifadə olunur, İngiltərə də bu say 70 mindir. Almaniyada 70 min 400 söz, Yaponiyada 44 min 224, İtaliyada 31 min 762, Fransada 30 min 193 sözdən istivadə olunur dərsliklərdə. Türkiyədə dərs kitablarında 7 min 260 söz var. Bu statistika cüzi dəyişikliklə hər yerdə var və mənası budur: Əgər siz İngiltərədə orta məktəbi yaxşı oxusanız, məzun olarkən təkcə dərsliklərdən 70 min söz öyrənəcəksiniz”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
O, bildirib ki, əgər mənim kimi 6-7-ci siniflərdə dərsliklərdən əlavə “Qılınc və Qələm”, “Başsız atlı”, “Robinzon Kruzo” və s. kimi romanlar, “Elm və Həyat” kimi jurnallar da oxumuş olsanız bu 70 min sözə daha 20-30 min söz əlavə oluna bilər:
“Gördüyünüz kimi, təkcə dərslikdən 70 min söz öyrənən İngilis tələbə üçün 90 min söz bazasına sahib olmaq, heç də düşündüyünüz qədər ağlasığmaz hadisə deyil. Keçək söz ehtiyatı və söz sayı məsələsinə. Söz ehtiyatı sənətindən, peşəsindən asılı olmayaraq, bir şəxsin mənasını başa düşdüyü sözlərin sayıdır. Gündəlik həyatında işlədib-işlətməməsi öz işidir. Vitgenşteynə görə, biz dünyanı sahib olduğumuz söz bazası qədər tanıyır və anlayırıq. Yəni bir ingilislə bir türkün, yaxud bir ərəbin tanıdığı və anladığı dünya başqa-başqa dünyalardır”.
Yazıçı bildirib ki, homosapienslər neandertalları sahib olduqları söz ehtiyatı ilə yox etdilər:
“Dili zəngin olanlar dili zəngin olmayanları ya məhv, ya assimliyasiya edəcək, geci-tezi var. Söz ehtiyatı qədim dünyada da silah idi, bu gün də silahdır. Mədəniyyətin gücünü göstərən silah. Amma dili, sadəcə, ünsiyyət, ünsiyyəti isə çayxana söhbətləri üçün vasitə kimi görənlər bundan xəbərsizdir. Söz sayı isə işin texniki tərəfidir. Siz bir naşirə və tərcüməçiyə “Şekspirin yaradıcılığı 20-30 min sözdən ibarətdir” desəniz, gözləri kəlləsinə çıxar. Çünki naşirin və tərcüməçinin təqdim olunan əsər haqqında verdiyi ilk sual budur: “bu əsərdə neçə söz var?”. Çap və tərcümə işi üçün söz ehtiyatı deyil, söz sayı önəmlidir. Odur ki, statistikada qeyd olunur: “Şekspirin yaradıcılığında 835 min 997 söz var”. Şekspirin söz ehtiyatı yalnız peşəkar oxucuları və peşəkar ədəbiyyatçıları maraqlandıran məsələdir. Və inglis dilinin əyalət dili olduğu dövrdə yazıb-yaradan Şekspirin söz ehtiyatını təkcə dərsliklərdən 70 min söz öyrənən və beynəlxalq dil statusu qazanmış bir dilə sahib ingilis tələbəsinin söz ehtiyatı ilə müqayisə etmək dünyanı 300-400 sözlə tanımağın və anlamağın göstəricisidir.Ümid edirəm, ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05


Bakı -°C

