Məktəblilər Qarabağda ölən döyüşçülərin abidələrini rəngləyərək təhqir etdi - VİDEO
Ermənistanda Qarabağ döyüşlərində öləndöyüşçülərə qarşı aqressiya var.
Adalet.az xəbər verir ki, bu fikri facebook istifadəçisi Albert Qriqoryan deyib. O, bir qrup məktəblinin ölən döyüşçülərin abidəsini rəng tüpləri ilə ləkələməyə çalışdığı bir video paylaşıb.
“Bunu bura qoyuram və çalışacağam ki, söyüş yazmayım . Həmişə demişəm ki, bu yeni nəsildən qorxuram, ondan çəkinirəm. Müqəddəs xaçkarlarımız sprey boya ilə boyanıb. Və İrəvanda "qəhrəmanlar"mıza həsr olunmuş bölmə, xaçkarar, üçrəng rənglənərək çirkləndirilir. Sizcə, bura belə hala salınacaq yerdir? Bu əclaflar gələcəkdə nə olacaqlar, bu əclafların valideynləri hardadır? Həqiqətən də bilmirəm, qorxulu nəsli yetişir”, – deyə istifadəçi yazıb.
Qeyd edək ki, ötən ay bir erməni qadın binanın girişində divara yapışdırılmış Qarabağda ölmüş erməni əsgərlərinin barelyefinə rəng sıxaraq onları təhqir etmişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
09 Dekabr 2025 21:26
Daha bir yeni nəsil qatar xəttə buraxıldı - VİDEO
09 Dekabr 2025 19:12
Kələm sahələrdə qalıb...
09 Dekabr 2025 17:27
Kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb - VİDEO
09 Dekabr 2025 16:29
İşğaldan azad edilmiş ərazilər üçün elektrikli avtobuslar alınacaq
09 Dekabr 2025 15:45
Hava şərəitinə uyğun sürət...
09 Dekabr 2025 13:57
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək - Bu tarixdə
09 Dekabr 2025 13:27
Azərbaycan Gürcüstan heyvanlarının tranzitinə məhdudiyyəti götürdü
09 Dekabr 2025 12:19


Bakı -°C

