Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi (TMAİS) təhsil sahəsində müasir idarəetmənin tətbiq olunmasına şərait yaradan unikal rəqəmsal platformadır. İlk dəfə olaraq Mədəniyyət Nazirliyi tərəfindən formalaşdırılaraq istifadəyə verilən həmin sistem valideyn–məktəb və şagird–müəllim əlaqələrinin operativliyini artırır, idarəetmədə şəffaflıq, nəzarət və hesabatlılıq mexanizmlərini gücləndirir. Platforma şagirdlərin inkişaf dinamikasını ölçməyə, müəllimlərin fəaliyyətinin tədris göstəriciləri ilə əlaqələndirilmiş şəkildə təhlilinə tam imkan yaradır.
Adalet.az xəbər verir ki, bunu dekabrın 9-da “İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcı Həftə 2025” çərçivəsində TMAİS-in təqdimat mərasimi zamanı jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin elm, təhsil və gənclərlə iş sektorunun müdiri Muraz Məmmədov bildirib.
Qeyd olunub ki, TMAİS çərçivəsində tətbiq olunan e-jurnal və e-gündəlik modulları artıq pilot tətbiq istifadədə öz effektivliyini nümayiş etdirir. Müəllimlər tərəfindən dərs planlarının elektron şəkildə qeydiyyatı, davamiyyətin operativ daxil edilməsi, qiymətləndirmə nəticələrinin avtomatik formalaşması və valideynlərə ani bildirişlərin göndərilməsi təhsil prosesini daha şəffaf və izləniləbilən modelə çevirir. Valideynlər övladlarının dərsə davamiyyətini, ev tapşırıqlarını, fənn nəticələrini və müəllim rəylərini portal üzərindən fasiləsiz şəkildə izləyə biləcəklər. Bu isə həm ailə–məktəb əlaqəsini gücləndirir, həm də şagird dinamikasının ölçülməsinə xidmət edir.
Hazırkı mərhələdə sistemin bütün incəsənət məktəblərində mərhələli tətbiqi istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Digər Xəbərlər
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44
Dünyanın ən qədim universitetləri - Siyahı
20 Oktyabr 2026 10:44
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
19 Oktyabr 2026 14:16
Aqil Abbas Füzulidə müəllimlərlə görüşdü
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57


Bakı -°C

