Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
"Hazırda xaricdə təhsil dövlət proqramı ilə təhsil almış şəxslər dövlət qulluğuna qəbul olunarkən onlar imtahandan kənar qəbul olunurlar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Qulluğu Məcəlləsinin layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib.
"Bunun da səbəbləri məlumdur. Yəni, zamanında dövlətimiz hesab edirəm düzgün olaraq belə bir siyasət yürüdüb, təşviq edib ki, xaricdə təhsil almış şəxslər vətənə qayıtsınlar, burada çalışsınlar və bu proses gedir, öz müsbət nəticələrini verir. Eyni zamanda Azərbaycanda da artıq çox dünya səviyyəli təhsil ocaqları fəaliyyət göstərir. Azərbaycanda təhsil almış şəxslərdə təbii olaraq belə bir sual yaranırdı ki, nə üçün onlar üstünlüyə malikdir. Qeyd etmək istəyirəm ki, o məsələnin bir hissəsi bu Məcəllədə həllini tapır. Baxmayaraq ki, qəbul olunacaqlar, amma əvvəlki dövrdən, yəni, əvvəlki qanunvericilikdən fərqli olaraq bundan sonra xaricdə təhsil almış şəxslər də artıq dövlət qulluğunda irəliləməkdən ötrü müsahibələrdən keçəcəklər. Onun bir hissəsi indi Məcəllədə həllini tapır. Əminəm ki, gələcəkdə elə bir şərait yaranacaq ki, yəqin artıq bu normaya da ehtiyac olmayacaq", - deyə komitə sədri bildirib.
Digər Xəbərlər
05 Noyabr 2026 10:22
“Müəllimə ən böyük qiyməti Atatürk verib”
05 Noyabr 2026 09:45
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
30 Oktyabr 2026 17:14


Bakı -°C

