Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Universitetində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə elmi işlər üzrə prorektor Yusif Qasımov açaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən tarixi yoldan və Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb. Prorektor qeyd edib ki. 1918-ci il mayın 28-də elan edilmiş dövlət müstəqilliyinin 1991-ci il oktyabrın 18-də bərpası Azərbaycan xalqının milli iradəsinin və azadlıq arzusunun təcəssümüdür.
Ardınca Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi çıxış edib. Kafedra müdiri çıxışında Azərbaycanda milli oyanış prosesinin güclənməsi, xalq hərəkatının genişlənməsi və milli həmrəyliyin müstəqilliyin əldə olunmasındakı rolunu vurğulayıb. Qeyd edib ki, xalqın birliyi və iradəsi, meydanlarda nümayiş etdirilən azadlıq əzmi müstəqilliyə aparan yolun mühüm amilləri olub.
Sonda siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin məruzəsi dinlənilib. Qabil Əliyev məruzəsində Azərbaycanın zəngin dövlətçilik ənənələrindən və milli dövlətçilik düşüncəsinin formalaşmasından bəhs edib. Həmçinin milli dövlətçilik tarixinin öyrənilməsinin gənclərin milli kimlik şüurunun, vətənpərvərlik hissinin və dövlətçilik dəyərlərinə bağlılığının formalaşmasında əhəmiyyətini qeyd edib.
Maliyyə və mühasibat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.
Digər Xəbərlər
05 Noyabr 2026 10:22
“Müəllimə ən böyük qiyməti Atatürk verib”
05 Noyabr 2026 09:45
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
30 Oktyabr 2026 17:14


Bakı -°C

