Mel Gibson: "Hər şeyi yanğında itirdim" - FOTOLAR
Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Mel Gibson Cənubi Kaliforniyada dağıdıcı meşə yanğınları nəticəsində əmlakını itirən məşhurlar sırasındadır.
Adalet.az axsam-a istinadən xəbər verir ki, aktyorun 14 milyon dollarlıq dəbdəbəli malikanəsi Malibuda yerləşirdi. Aktyor və rejissor "Fox"a verdiyi müsahibədə ailə fotoalbomlarından tutmuş 17-ci əsrə aid qiymətsiz antikvar kitablara qədər 15 il ərzində dəyər verdiyi hər şeyi yanğında itirdiyini bildirib.
Xoşbəxtlikdən Melin özünə və yaxınlarına zərər dəyməyib. Yanğın zamanı Gibson Texas ştatında olub, lakin onun oğlu Milo, könüllü yanğınsöndürmə briqadasının üzvü, fəlakət yerində olub və zəruri əşyaları götürməyi bacarıb.
“Oğlum pasportları və bir neçə vacib sənədi götürüb aparmağı bacardı... Bu, faciədir, çox üzücüdür. Amma mən qonşularıma baxıram və özümdən çox onlar üçün narahatam” deyə, Gibson söyləyib.
Aktyor əlavə edib ki, yanğın zamanı orada olmadığı üçün özünü şanslı hesab edir:
“Mən qəribə bir kədər içindəyəm. Eyni zamanda da düşünürəm ki, həyatda nə qədər şanslıyam... Bunlar sadəcə əşyalardır, onlar əvəz oluna da, əvəz olunmaya da bilər, amma əsas odur ki, biz hələ də buradayıq.
Bu, mənə köhnə dövrlərdə insanları torpaqdan qovmaq üçün bu üsuldan istifadə edən varlı mal-qara sahiblərini xatırlatdı. Bilmirəm... Sadəcə olaraq yanğınsöndürənlərin sularının olmaması mənə bir az qəribə göründü".
Digər Xəbərlər
18 Noyabr 2025 18:36
Ukrayna bu ölkə ilə birgə dəniz dronu istehsal edəcək
18 Noyabr 2025 15:29
Fidan: Türkiyə Ukraynadakı vəziyyəti həll etmək üçün səylərini davam etdirəcək
18 Noyabr 2025 13:54
Kreml Fransanı müharibəni qızışdırmaqda ittiham etdi
18 Noyabr 2025 13:43
"Rusiyaya qarşı sanksiyalar genişlənir..."
18 Noyabr 2025 12:29
Dövlət Bağçalı: Öcalanla görüşməyə hazıram
18 Noyabr 2025 12:22
Baş katib: NATO Qara dənizi alyansın məsuliyyət regionu kimi nəzərdən keçirir
18 Noyabr 2025 11:00
Türkiyədə FETÖ-yə qarşı əməliyyat - Hərbçilər saxlanıldı
18 Noyabr 2025 10:12


Bakı -°C

