Məmməd Arazın ruhu şad olsun
Mehriban xanım Cəfərova bu gün səhifəsində Məmməd Arazın bir şeirini paylaşıb. Şeir təlqin edir, şair, insan taleyin sınaqlarına dözüm gətirib sınmamalıdır. Yoxsa "Sınmağınla əzilməyin,/ Əyriliyə əyilməyin,/ Küləş kimi döyülməyin bir olacaq". Şonda bu sətirlər gəlir:
Bu torpağın şairi nə, sözü nə,
Bu torpağın qarışqası sınmasın!
Diqqətimi son ifadə çəkdi - “qarışqası sınmasın”.
OXU-da ayə var (27:18), qarışqalara müraciətlə deyilir yuvalarına girsinlər, Süleyman peyğəmbərin ordusunun tapdağı altında sına bilərlər. Ənənəvi tərcümələr bunu, təəssüf ki, sınmaq kimi yox, əzilmək kimi verir, hərfən isə sınmaq, xıncımlanmaq, çilik-çilik olmaqdır. Yeni tərcüməmdə hərfən belə də vermişəm, çünki əslində də belə lazımdır.
Bəllidir ki, qarışqaların, eləcə də bəzi digər onurğasızların daxili bədən skeleti yoxdur, xarici örtük qatı var. Elmi ədəbiyyatda buna ekzoskelet deyirlər. Qarışqaların ekzoskeleti də “kitin” adlanan bərk kristal maddədəndir, yəni bir növ şüşədəndir. Tapdaq altında qalan qarışqanın daxili orqanları əzilir, ekzoskeleti isə çilik-çilik olur.
Şairin ruhu şad olsun.
Nəriman Qasımoğlu
Digər Xəbərlər
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO
18 Sentyabr 2026 11:50
Vaqif Aslan: ""Könül və can birliyi "Vurğun və Azərbaycan" birliyidir!"
18 Sentyabr 2026 11:49
“SÖZÜN SƏSİ” – SÖZÜN, MUSİQİNİN VƏ KİNO SƏNƏTİNİN VƏHDƏTİ
18 Sentyabr 2026 09:10
Ədəbiyyat Muzeyində "sevgi planeti" - Atilla BABƏKOĞLU yazır
17 Sentyabr 2026 10:57
MÜBARİZ İBRAHİMOV – VƏTƏN SEVGİSİNİN ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN ADI
16 Sentyabr 2026 12:05
“Sözə çevrilən milli yaddaş...”
16 Sentyabr 2026 10:58


Bakı -°C

