adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Noyabr 2022 07:27
188
ANALİZ

Mənfur qonşularımızın xofu bizi qorxuda bilməz

İnsan oğlunun valideyn və qonşunu seçmək şansı yoxdur. Göz açdığın ailədə tələblərə uyğun həyat fəaliyyətin davam edir. Qonşularla münasibət isə qarşılıqlı münasibətlərin fonunda formalaşır. Pis qonşu ilə pis, qapalı olursan. Yaxşı qonşuya isə qapın hər zaman açıq olur. Eləcədə dövlətdə də belədir. Qonşular baxımından bəxtimiz heç də yaxşı gətirməyib desək yanılmarıq. Tarixi faktlarda onu deməyə əsas verir ki, istər işğalçı Ermənistan, istər İran hər zaman əleyhimizə iş aparıb. Azərbaycanın inkişafını istəməyib. 11 km-lik qonşu olduğumuz, dostumuz-qardaşımız Türkiyə isə yuxarıda dediyim yaxşı qonşulardandır. Hər zaman Azərbaycanı müdafiə edən, haqq-səsinə səs verən ən yaxşı qonşumuzdur.

Son günlərin siyasi hadisələri Azərbaycan-İran münasibətlərində müəyyən dönüşün yarandığını deməyə əsas verir. Belə ki, Azərbaycan hər zaman İranla bağlı siyasətdə neytral qalsa da İranı müəyyən mənada dəstəkləsə də bizi istəməyən qonşularımızın qərəzli açıqlamaları, düşmənə qucaq açmaları Azərbaycan-İran münasibətlərinin yeni çalarlarda inkişafına gətirib çıxarır.

İran əslində müsəlman ölkəsi olsa da yürütdüyü siyasət müsəlmanlıqdan çox uzaqdır. Araşdırmalar da onu deməyə əsas verir ki, yaxın Şərqdə baş verən münaqişələrin böyük əksəriyyəti İranın adı ilə bağlıdır. İraq, Suriya, Liviya və digər ərəb ölkələrində baş verən inqilablarda birbaşa da olmasa da dolayısı ilə böyük dəstək göstərən İran əslində islam təsübkeşi kimi çıxış etsə də bu hərəkətləri ilə İslami dəyərləri də kölgədə qoyur.

Azərbaycanın 20 faiz torpaqları 30 il işğal altında olduğu bir vaxtda həmin ərazilərdə infrastruktur, beynəlxalq narkoticarət və digər gizlin işləri həyata keçirən İran 44 Günlük vətən Müharibəsində də Ermənistana sərhəd qapılarını açdığı faktdır. Bu azmış kimi düşmənə gizli yollarla silah verilməsi ifşa olunub. Ancaq buna baxmayaraq Azərbaycan tərəfi yenə də İranla münasibətlərin mənfi məcaraya yön almasını istəmirdi. Hətta regional layihələrin müzakirəsi, nəqliyyat infrastrukturunun qurulması yönündə vacib qərarlar qəbul etmişdi.

Sentyabr ayında İran daxilində başlanan etirazlardan xoflanan İran hakimiyyəti hadisələri yatırmaq əvəzinə fərqli taktika seçərək Azərbaycanın artan nüfuzununu həzm edə bilmədiyini açıq-aydın ortaya qoydu. Əslində bu xof illərin xofudur. Sadəcə indi Azərbaycan Zərgəzur dəhlizi ilə bağlı konkret mövqe ortaya qoyub deyə İran bundan qorxuya düşüb. Həm də ona görə qorxuya düşüb ki, cənublu soydaşlarımız daxildə İran hakimiyyətini bəyənmir və onlar bötüvləşmək istəyirlər. Bu gec tez baş verəcək. Cənab Prezident Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı dediyi kimi biz Azərbaycandan kənarda yaşayan soydaşlarımızın pozulan hüquqları ilə bağlı lazımı addım atmaq iqtidarındayıq.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı