"Məni meymun yerinə qoymağın bəs deyil, hələ bir salam da verirsən?"
Yox, bu dəfə heç kim meymun yerinə qoyulmayacaq. Bu dəfə bir meymunun hekayəsini oxuyacaqsınız. O meymun ki, sədaqətilə bir çox insana nümunədir.
Sözügedən meymunun adı Cekdir. Ceki tarixdə digər meymunlardan fərqləndirən məqam isə fiziki məhdudiyyətli sahibinə 9 il boyunca kömək edərək dəmiryolunda siqnalçı kimi fəaliyyət göstərməsidir.
1880-ci il Cənubi Afrikada Port-Elizabetdən Keyptauna uzanan dəmiryolunda işləyən Ceyms Uid adlı əlil dəmiryol işçisi Eytenxaxedəki bazarda gəzərkən öküzləri otaran bir pavianla rastlaşır. Meymunun bacarıqları onu heyran edir, sahibilə razılığa gəlir və meymunu alır. Ona Cek adını qoyur. Yavaş-yavaş müəyyən şeyləri öyrədə-öyrədə Cek Uidsin köməkşisinə çevrilir.
Uidə gündəlik həyatında kömək lazım idi. Hər iki ayağını bir iş qəzası zamanı itirmişdi. O, qatar stansiyasına çətinliklə gedib-gəlirdi. Onun kotteci stansiyadan yarım mil uzaqda olduğu üçün onun Cekə öyrətdiyi ilk şey əlil arabasını itələmək olur.
Bir müddət sonra Cek ev işlərində kömək etməyə, yerləri süpürməyə, zibilləri atmağa başlayır. Əvvəlki sahibi Uidə möhkəm tapşırmışdı ki, əgər hər gecə Cekə bir qurtum Ceyp konyakı verməsə, Cek növbəti gün özünü qaşqabaqlı aparacaq və heç nə etmək istəməyəcək. Doğurdan da günlərin birində Uid Cekə bunu etməyə unutduğuna görə Cek onu işə aparmaqdan imtina etmişdi və Uid özbaşına işə getməyə məcbur olmuşdu.
Tezliklə Cek qatar stansiyasındakı işində də sahibinə kömək etməyə başlayır. O dövrdə qatarlar Eytenxaxe dəmiryolu stansiyasındakı dəmiryol siqnalına yaxınlaşanda hansı istiqamətə gedəcəyini müəyyənləşdirən siqnalçını xəbərdar etmək üçün fit çalırdılar. Cek sahibini diqqətlə izləyərək onun işini mənimsəyir və qolları qaldırmağa başlayır.
Qısa müddət sonra Uid meymununa peşəkar şəkildə işini öyrədə bilir və köməkçisi sayəsində işi daha yüngülləşir.
Bir gün pəncərədən baxan elit qatar sərnişinlərindən biri siqnalçının insan deyil, meymun olduğunu görəndə şoka düşür. Daha sonra vəziyyəti Keyptaunda dəmiryol şirkətinə şikayət edir. Dəmiryolu şirkətinin sahibləri əvvəlcə buna inanmırlar və mövzunu araşdırmaq üçün stansiyaya gəlirlər. Siqnalçının bir insan deyil, meymun olduğunu görəndə onlarda çox təəccüblənirlər, Ceki və sahibini vəzifədən azad edirlər, lakin Uid meymunun bacarıqlarının test edilməsi üçün xahiş edir. Uidin xahişi qəbul edilir və bu işi bacarıb-bacarmadığını öyrənmək üçün onu test etməyə qərar verirlər. Maşinistə gizli təlimatlar verilir ki, hər dəfə fərqli siqnal vesin. Cekin işi peşəkarca qavradığını görən dəmiryolu müfəttişləri onları işə qaytarırlar və Cekə rəsmi iş nömrəsi verirlər. Hətta Cek üçün 20 sentlik maaş və həftəlik 1 şüşə pivə təyin olunur.
Sadəqətli meymun Cek 1890-cı ildə vərəmdən ölür. Cek düz 9 il boyunca dəmiryolundakı işi zamanı bircə dəfə də olsun səhv etməmişdi. Hazırda onun skeleti Qreyamstaun şəhərində yerləşən Albani muzeyində sərgilənir və köhnə Eytenxaxe stansiyasında ona həsr olunmuş fotoqrafik muzey yaradılıb.
Tərcümə: Eminquey
Digər Xəbərlər
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

