adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Aprel 2024 16:10
965
GÜNDƏM

Mənimsənilmiş Göycənin Kəvər rayonu, Ağqala kəndi: “Berdkunk" olmuş Ağ qala  

Ermənistan sahib çıxdığı daha bir tarixi qalamızla bağlı tədbirlər həyata keçirəcək.
Beləki, aprelin 18-də Beynəlxalq Abidələr və Görməli Yerlər Günündə Geqarkunik (Göyçə) rayonunun “Berdkunk” (“Ağ qala”) qalasında tədbir keçiriləcək, tədbirdə Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Avropa Birliyinin səfiri iştirak edəcək.
Tədbirlər Respublika meydanından saat 12:00-da başlayacaq.


Erməni mediası yazır:“Avropa İrs Günləri” proqramının “Avropa İrsinin Gənc Yaradıcıları” müsabiqəsinin 11-17 yaşlı iştirakçıları “Berdkunk qalası”na gedəcəklər. Tarixi abidənin ərazisində məlumat lövhəsinin yerləşdirilməsi, gənclərlə tanışlıq və ünsiyyətin təşkili, sertifikatların verilməsi nəzərdə tutulur.
“Berdkunk” (“Ağ qala”) qalası çoxqatlı abidədir, e.ə. II-I minilliklərdə yenidən qurulmuş və orta əsrlərdə inkişafın zirvəsinə çatmışdır.
Bəs ermənilərin “Berdkunk qalası” adlandırdığı bu qala haqqında nə bilirik?


Ağqala kəndindəki Ağ qala: Alban irsi

İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda bir kənd vardı, adı Ağqala !
Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilib. Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlib.

Məlumatlara görə, kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürübdür. Daha dəqiq, kəndin şimal-şərq hissəsində e.ə. II minillikdən 1-ci minilliyə aid Alban kilsəsi var. Kənddə 11-12-ci əsrlərə aid kilsə və onun ətrafında XII-XX əsrlərə aid qəbiristanlıq mövcud olub.
Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulur.
Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulur. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönür.

Arxiv sənədlərinə görə, burada 1922-ci ildə 3 azərbaycanlı, 31 erməni, 1926-cı ildə 76 azərbaycanlı, 105 erməni, 1931-ci ildə 202 nəfər azərbaycanlı, 111 erməni, 55 kürd, 1939 - cu ildə 442, 1959 - cu ildə 287, 1970-ci ildə 2200 nəfər[6] azərbaycanlı və erməni əhalisi yaşamışdır.
Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilir. Kənddə yaşayan azərbaycanlılar da 1988-ci ildə Ermənistan dövləti tərəfindən qovulur və Azərbaycana deportasiya edilir.

 Əntiqə Rəşid