Mərkəzi Çağırış Komissiyasının tərkibinə daha 4 qurum əlavə olunub - FOTOLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Adalet.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.
Dövlət Xidməti tərəfindən 2024-cü ilin iyul çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyasının tərkibinə daha 4 yeni dövlət qurumu (Dövlət Təhlükəsizliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyi) əlavə olunmaqla, üzvlərin sayı 14-ə çatıb.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Digər Xəbərlər
05 Aprel 2026 17:50
Hava ilə bağlı XƏBƏRDARLIQ
05 Aprel 2026 15:08
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - FOTOLAR + VİDEO
05 Aprel 2026 09:41
Xəzər dənizi yox ola bilər?
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04


Bakı -°C

