Məşhur braziliyalı hücumçu “Barselona”da!
Braziliyalı hücumçu Qabriel Jezusun karyerasını İspaniyada davam etdirəcəyi bildirilib.
Adalet.az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Arsenal"dan ayrılaraq "Barselona"nın formasını geyinəcək.
Məlumata görə, Kataloniya klubu bu transfer üçün London təmsilçisinə ümumilikdə 14 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, "Arsenal" futbolçunun gələcəkdə başqa komandaya satılmasından 20 faiz pay əldə edəcək.
Qabriel Jezusun tibbi müayinədən keçmək üçün bu gün Barselonaya gedəcəyi gözlənilir. Braziliyalı forvardla 2+1 illik müqavilənin imzalanması planlaşdırılır.
Qeyd edək ki, Qabriel Jezus ötən mövsüm "Arsenal"ın heyətində 27 qarşılaşmada meydana çıxıb. O, həmin oyunlarda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


Bakı -°C

