adalet.az header logo
  • Bakı -°C
30 Avqust 2026 12:41
64
İDMAN
A- A+

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

Adalet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı futbolçunu 1 illik icarəyə götürüb.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.