adalet.az header logo
  • Bakı -°C
30 Avqust 2026 09:23
68
İDMAN
A- A+

"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı

Misli Premyer Liqasında 3-tur davam edir.

Adalet.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Qərb derbisi saat 18:00-da başlayacaq. Bununla da "Kəpəz" 3 illik fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxacaq.

Günün son oyununda isə "Neftçi" "Zirə"nin qonağı olacaq. Görüş saat 20:15-də start götürəcək.