Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...
Alınmadı, futboldur bu. Səhvlərimizdən dərs alacağıq. Gözəl transferlərimiz var. Gələcəkdə daha da böyüyəcəyimizə şübhə etmirəm. “Qarabağ” doğru yoldadır.
Adalet.az Qol.az-a istinadla xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
O, yollarına davam edəcəklərini bildirib:
“Tvente” ilə mübarizədən qalib ayrılmağı çox arzulayırdıq. Lakin iki dəqiqə çatmadı. Dözsəydik, tam başqa nəticə olacaqdı. Qismət deyilmiş. Amma biz ürəyimizlə yolumuza davam edəcəyik”.
“Gözləmək olar ki, “Qarabağ”ın qayıdışı daha güclü olacaq?” sualını T.Gözel belə cavablandırıb:
“Əlbəttə. Yeni transferlərimiz möhtəşəm futbolçulardır. Mən hesab edirəm ki, uyğunlaşma üçün bir qədər vaxt lazımdır. Önümüzdə çempionat var. İki yeni transferi açıqladıq. Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb. Amma təəssüf ki, bir qədər vaxtımız çatmadı”.
Klub rəhbəri artıq avrokubokları unutmalı olduqlarını söyləyib:
“Həyatda beş dəqiqə sonra olacaqlar xəyaldır. Qarşımızda hədəf var. Mənim ürəyimdə böyük bir eşq var və biz bu yola davam edəcəyik”.
Digər Xəbərlər
28 Avqust 2026 10:45
“Cəmi 9 illik tarixi və 17 milyon avroluq büdcəsi ilə "Sabah"...”
28 Avqust 2026 09:44
Mirşahin Qurban Qurbanovdan yazdı
28 Avqust 2026 09:21
İnfantino FIFA-nın aktivlərini əldə etmək istəyib? - UEFA məhkəməyə hazırlaşır
28 Avqust 2026 00:00
Qurban Qurbanov: "Hücum xəttində çatışmazlıqlarımız vardı"
27 Avqust 2026 23:50
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı
27 Avqust 2026 21:06
"Sabah"ın ÇL-nın əsas mərhələsindəki bütün rəqibləri bəlli oldu - YENİLƏNİB
27 Avqust 2026 19:00
Belçika millisi Bakıda növbəti qələbəsini qazandı
27 Avqust 2026 13:02


Bakı -°C

