“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Adalet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.
Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.
Digər Xəbərlər
28 Avqust 2026 00:00
Qurban Qurbanov: "Hücum xəttində çatışmazlıqlarımız vardı"
27 Avqust 2026 21:06
"Sabah"ın ÇL-nın əsas mərhələsindəki bütün rəqibləri bəlli oldu - YENİLƏNİB
27 Avqust 2026 19:00
Belçika millisi Bakıda növbəti qələbəsini qazandı
27 Avqust 2026 13:02


Bakı -°C

