adalet.az header logo
  • Bakı -°C
27 Avqust 2026 09:42
70
İDMAN
A- A+

"Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" bu gün Bakıda Niderlandın "Tvente" komandası ilə cavab matçına çıxacaq.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 20:00-da start veriləcək görüşü norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.