Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”
“Qurban Qurbanov Azərbaycan futbolunda inqilab edib. 12 dəfə Azərbaycan futbolunu Avropaya daşıyıb və nəticələr göstərib. O, yaxşı məşqçidir. Bu, nə söhbətdir? Futboldur, bu biri udanda, biri uduzur. Futbolda hər gün qələbə çalmırlar. Fənərbaxça kimi komanda uzun illərdir ki, heç Avropa Çempionatına çıxa bilmir. Qurban Qurbanovu gözdən salanlar elə özləri səhv yol tuturlar. Elə bil qısqanclıq edirlər”.
Adalet.az xəbər verir ki, bunsözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas dünən baş tutan “Qarabağ” - “Tvente” matçından sonra baş məşqçi Qurban Qurbanov barəsində tənqidi fikirlərə münasibət bildirərkən deyib.
A.Abbas qeyd edib ki Q.Qurbanov Azərbaycanda əvəzolunmaz məşqçidir: “Oyunu mən də izlədim. Komanda yenidən yığılıb, transferlər yeni olunub. Hələ bir-birlərini tanımırlar, oyun üslubunu götürə bilmirlər. 2-3 oyundan sonra komanda yenə əvvəki “Qarabağ” olacaq. Yeni gələn furbolçulardır, adamı belə linç etmək doğru deyil”.
Digər Xəbərlər
29 Avqust 2026 00:33
Millimiz Türkiyə ilə qarşılaşacaq
28 Avqust 2026 17:38
Rumıniya Bakıda İspaniyanı məğlub edib
28 Avqust 2026 12:59
Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...
28 Avqust 2026 10:45
“Cəmi 9 illik tarixi və 17 milyon avroluq büdcəsi ilə "Sabah"...”
28 Avqust 2026 09:44
Mirşahin Qurban Qurbanovdan yazdı
28 Avqust 2026 09:21
İnfantino FIFA-nın aktivlərini əldə etmək istəyib? - UEFA məhkəməyə hazırlaşır
28 Avqust 2026 00:00
Qurban Qurbanov: "Hücum xəttində çatışmazlıqlarımız vardı"
27 Avqust 2026 23:50


Bakı -°C

