Rəsmi iş yeri olanlar hərbi xidmətdən möhlət ala bilər? - AÇIQLAMA
Rəsmi iş yeri olan vətəndaşların doktorantura təhsili aldığı halda müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olub-olmamasına aydınlıq gətirilib.
Adalet.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən, doktoranturada təhsil əyani və qiyabi formalarda həyata keçirilir.
Əyani təhsilalma forması istehsalatdan ayrılmaqla, qiyabi forma isə istehsalatdan ayrılmamaqla həyata keçirilir. Bu baxımdan, doktorantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan, yəni iş yerindən ayrılmaqla təhsil ala bilər.
Həmçinin bildirilib ki, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
Beləliklə, rəsmi iş yerinin olması əyani doktorantura təhsili alan şəxsin qanunla nəzərdə tutulan hərbi möhlət hüququna maneə yaratmır.
Digər Xəbərlər
29 Avqust 2026 21:40
Azərbaycanlı tır sürücüləri İran sərhədini tərk edə bilmirlər - 100 min manatlıq məhsul xarab oldu - VİDEO
29 Avqust 2026 11:49
Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
29 Avqust 2026 09:48
Yol polisindən sürücülərə çağırış
28 Avqust 2026 23:49
Türkiyənin Bakıdakı səfirliyində 30 Avqust Zəfər bayramı qeyd edilib - YENİLƏNİB
28 Avqust 2026 22:00
Bu ərazilərdə tikilən evlərə sənəd verilməyəcək - RƏSMİ
28 Avqust 2026 19:43
Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar aparıb
28 Avqust 2026 19:32
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşdü
28 Avqust 2026 17:39


Bakı -°C

