Bu ərazilərdə tikilən evlərə sənəd verilməyəcək - RƏSMİ
Özbaşına tikintilərin müəyyənləşdirilməsi meyarlarından biri tikintinin icazə verilməyən torpaq sahələrində aparılmasıdır.
Adalet.az xəbər verir ki, bunu APA-ya və “Xəzər” TV-yə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, qanunvericiliyə əsasən kənd təsərrüfatı, meşə və su fondu torpaqlarında, eləcə də xüsusi qorunan ərazilərdə tikinti aparılmasına yol verilmir.
Mətin Eynullayev qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız müəyyən şərtlər daxilində təsərrüfat məqsədli tikililər inşa edilə bilər. Bunun üçün mülkiyyətdə və ya icarədə olan torpaq sahəsi ən azı 5 hektar olmalı, tikilinin sahəsi isə ümumi ərazinin 1 faizini keçməməlidir. Beləliklə, 5 hektarlıq torpaq sahəsində tikilinin ölçüsü maksimum 500 kvadratmetr ola bilər.
Xidmət rəisinin sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi və çoxmənzilli yaşayış binalarının inşası qanunla qadağandır.
Bundan başqa, kollektorların, su və kanalizasiya, rabitə və yüksək gərginlikli elektrik xətlərinin, neft-qaz borularının üzərində və onların mühafizə zonalarında da tikinti aparıla bilməz. Bu ərazilərdə inşa edilən tikililər insanların həyatı, sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaradır.
Mətin Eynullayev vurğulayıb ki, kommunikasiya xətləri həmin ərazidən köçürülmədiyi təqdirdə orada ev tikintisi və mövcud tikililərin sənədləşdirilməsi mümkün deyil.
Digər Xəbərlər
28 Avqust 2026 23:49
Türkiyənin Bakıdakı səfirliyində 30 Avqust Zəfər bayramı qeyd edilib - YENİLƏNİB
28 Avqust 2026 19:43
Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar aparıb
28 Avqust 2026 19:32
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşdü
28 Avqust 2026 17:39
DTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdi
28 Avqust 2026 16:46
Bu küçədə hərəkət məhdudlaşdırıldı
28 Avqust 2026 13:13
“Bütün bunlar Qurban Qurbanovun şəxsiyyətinə hücum üçün əsas ola bilməz”
28 Avqust 2026 13:03
Nazirlər Kabinetindən bu qanunla bağlı tapşırıq
28 Avqust 2026 13:02


Bakı -°C

