Məşhur müğənni dünyasını dəyişdi
Belçikalı məşhur müğənni və aktrisa Anni Kordi 92 yaşında dünyasını dəyişib.
Bu barədə “Frans Press” agentliyi məlumat verib.
A.Kordi ilə yaşayan qohumu Mişel Lebonun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq qəflətən özünü pis hiss edən müğənnini xilas etmək mümkün olmayıb.
Leoni Koreman səhnə adı olan Anni Kordi kimi məşhurdur. O, 700-dən çox mahnı ifa edib, 20-dən artıq musiqili komediyada, 40 filmdə və 30 serialda, həmçinin onlarla pyesdə iştirak edib. Albomu beş milyon nüsxədən çox satılıb.
2004-cü ildə baronessa tituluna sahib olub. Ən məşhur mahnıları “Tata Yoyo” və “La bonne du cure”dir.
Digər Xəbərlər
03 May 2024 16:01
“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57