adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 15:32
81
ŞOU-BİZNES
A- A+

Məşhurlar yay tətilini harada keçirəcək - SORĞU

Bildiyimiz kimi yay fəsli deyəndə ilk ağıla gələn fikir istirahət olur. Hər kəs istirahət etmək  istəyir. Ancaq xarakterlər kimi istirahətlər də fərqlidir. Kimisi doğmaları ilə zaman keçirməyi istirahət sayır, kimisi sevdiyi işlə məğul olmağa istirahət deyir, kimisə də vətəndən uzağa getməyi daha uyğun istirahət növü hesab edir.

Adalet.az bu dəfə də istirahətlə bağlı məşhurların fikirlərin öyrənib. İlin 11 ayını fasiləsiz olaraq işləyən aktyorlar, rejissorlar tətillərini necə keçirirlər?

Aktyor Tural Əhməd  tətil  haqda heç bir şey düşünmədiyini deyir:

“ Bu haqda bir şey düşünməmişəm. Çünki hazırda işləyirəm. Teatrda işlərimiz çoxdur. Əgər məzuniyyətə çıxaramsa, tətil haqda nəsə düşünərəm. Ancaq indi bu haqda konkret bir söz deyə bilmərəm”. 

Rejissor Kənan Mahmudov isə istirahətin daha çox mənəvi rahatlıq üçün edilməsinin tərəfdarıdır:

“ Biz aktyorlar yay ərzində işləyirik ki, yeni mövsümdə tamaşaçıların qarşısına yeni layihələrlə gələk. İstirahət üçün heç nə düşünə bilmirəm, çünki işlərim çoxdur. Ancaq əsas məqam istirahətin coğrafiya məsələsi olmamasıdır. Əgər sevdiyin işlə məğulsansa, səni anlayan insanlar, doğmaların sənin yanındadırsa, məncə bu, ən gözəl istirahətdir. 

Ən böyük ağılsızılıq isə böyük məbləğlər xərcləyib göstəriş üçün uzaq ölkələrə gedib su hovuzlarında şəkil çəkdirməkdir. Məgər bizim ölkəmizdə həmin su hovuzları yoxdur?  İnsanların böyük bir  hissəsi təəssüf ki, istirahəti öz rahatlıqları üçün deyil, qohumuna, dostuna, ətrafına göstərmək üçün edirlər. Bu isə əsla  istirahət deyil. Belə  istirahətlər adama rahatlıq gətirmir”

Aktyor Rəşat Kəsəmənli də digər həmkarları kimi hələ də  yeni layihələr üzərində çalışır:

“ Tətillə bağlı  heç bir şey düşünmürəm. Çünki teatrda işlərimiz bitməyib. Bizim hələ qostrol səfərlərimiz var. İyul ayinin 22-nə kimi teatrdayıq.  Ancaq məzuniyyətim başlayandan sonra birinci növbədə ənənəvi olaraq  doğma yurdum Ağstafaya gedəcəm. Mənim üçün ən gözəl istirahət doğma yurduma getməkdir. Ağstafada istirahət edəcəm. Sonra isə Azərbayacanın digər gözəl güşələrinə getməyi düşünürəm. Ancaq ölkədən kənara etməklə bağlı heç bir planım yoxdur”.

Aktyor Amid Qasımov isə maraqlı cavabı ilə diqqət çəkib:

“Bu çox maraqlı sualdır. Mənim üçün aktyor olmaq bütün ömrünü tətildə keçirmək deməkdir. Onun sənətdən başqa heç bir gerçəkliyi olmur. Belə bir komfortu nəylə əvəz etmək olar?! Bilmirəm. 

Əgər sözlərim sizə pafoslu gəldisə, belə də deyə bilərəm: Aktyor ömründə 2 dəfə tətilə çıxır. Bir anasının bətnində, bir də qəbirdə”. 


Əntiqə Kərimzadə