Messi Levandovski və Haalandı geridə qoydu
"Barselona"nın futbolçusu Lionel Messi üçün 2021-ci il uğurlu başlayıb.
Qol.az xəbər verir ki, son olaraq La Liqanın 1-ci turundan təxirə salınmış "Elçe" ilə matçda (3:0) dubla imza atan argentinalı hücumçu bu il vurduğu qolların sayını 13-ə yüksəldib. Bununla da o, hazırda Avropanın beş ən böyük liqasında ən çox qol vuran oyunçudur. 33 yaşlı futbolçu "Bavariya"dan Robert Levandovski (12 qol) və "Borussiya"dan Erlinq Haalandı (10 qol) geridə qoymağı bacarıb.
Qeyd edək ki, Messi eyni zamanda La Liqada bu mövsümün ən yaxşı bombaridir - 18 qol.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06