adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Dekabr 2022 12:37
626
ŞOU-BİZNES

Mətanət Əsədova: “Lap günü sabah ana olmağa hazıram”

Müğənni Mətanət Əsədova yenə də kamera önünə keçib.

Adalet.az xəbər verir ki,  Mətanət Əsədova "MTV maqazin"ə açıqlama verib.

"Bədənşəkilləndirmə əməliyyatı etdirməmişəm. Məndə Allaha şükür, hər şey təbiidir. Nə vaxtsa ehtiyacım olsa, mən də plastik əməliyyat etdirəcəyəm".

Sonra müğənni ana olmaq istədiyini söyləyib:

"Lap günü sabah ana olmağa hazıram. Amma bu, Allahın əlindədir, məndən asılı deyil. Çünki zamanında ana olacaqdım, amma buna qarşı çıxdım. İndi çox istərdim ki, gözəl ana olum".

Qeyd edək ki, Mətanət Əsədova şəxsi həyatı ilə gündəm olan müğənnilər sırasına daxildir.

Əntiqə Kərimzadə