Məxfi hesabat: Miqrantlar daha Almaniyaya getmirlər
Almaniya AB-də sığınacaq axtaranların əsas təyinat ölkəsi olmaqdan çıxıb.
Adalet.az xəbər verir ki, bunu "Welt am Sonntag" qəzeti Avropa Komissiyasının məxfi hesabatına istinadla məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin birinci rübündə Almaniyada sığınacaq üçün müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörddə bir qədər (23%) azalıb. Beləliklə, Almaniya uzun illər lider olsa da, 2015-ci ildən bəri ilk dəfə Avropa sığınacaq statistikasında dördüncü yeri tutub. İlk üç ayda Almaniyada 28 min 922 yeni müraciət qeydə alınıb. Ən çox müraciət Fransa (34 min 643), İspaniya (32 min 630) və İtaliyada (32 min 602) qeydə alınıb. Macarıstan və Slovakiya siyahının sonundadır.
Lakin Macarıstanda aşağı rəqəmlərə baxmayaraq, əvvəlki illə müqayisədə 18% çox müraciət qeydə alınıb.
Digər Xəbərlər
20 Aprel 2026 11:52
Lukaşenko: "İmperator Putin və Trampdır"
20 Aprel 2026 11:46
Türkiyədə sosial media nəzarətə götürüldü: 25 nəfər saxlanıldı
20 Aprel 2026 11:04
Ukrayna rus gəmilərinə zərbələr endirdi
20 Aprel 2026 10:55


Bakı -°C

