Meymun olasan, bəxtin ola
Taylandın Lopburi şəhərində ənənəvi olaraq keçirilən festivalda meymunlar üçün möhtəşəm süfrə açılıb. 2 ton meyvə və tərəvəzdən ibarət bufet ziyafətinə minlərlə meymun axın edib. Turistlərin də böyük marağına səbəb olan tədbirdə maraqlı anlar yaşanıb.
Adalet.az-ın məlumatına görə, Tailandlı iş adamının rəhbərliyi altında 2 ton meyvə-tərəvəzdən ibarət yemək turistlərin və yerli əhalinin köməyi ilə meymunlar üçün xüsusi olaraq hazırlanıb.
Yeməyə hücum edən meymunlar, hazırlanan 2 ton yeməyi saniyələr içində yeyib.
"Meymun Açıq Bufet Festivalı" adlanan tədbir turistlər arasında böyük marağa səbəb olub.
Tədbir 34 ildir ki, noyabrın son bazar günü Lopburi şəhərindəki qədim məbədin ətrafında keçirilir. İlk dəfə 1989-cu ildə keçirilən festivalda makaka meymunlarına yemək verilib.
Akif
Digər Xəbərlər
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
09 Sentyabr 2026 07:35


Bakı -°C

