Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir
“Məzuniyyət hüququnun təmin edilməsi istiqaməti üzrə dəyişikliklər işçilərin istirahət hüququnun real təmin edilməsinə və milli qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırılmasına xidmət edir”.
Adalet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Bu baxımdan, layihə ilə əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla, Əmək Məcəlləsində nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir. Burada əsas məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş fundamental hüquq kimi təmin edilməsidir. Başqa sözlə, işçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz.
Layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı halların daha dəqiq müəyyən edilməsi nəzərdə tutulur. Bu da praktikada məzuniyyətin keçirilməsi ilə bağlı yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, müvafiq dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi nəzərdə tutulur”, - nazir müavini bildirib.
Digər Xəbərlər
11 Noyabr 2026 12:34
"Nəsimi Musayev Köçəryanla yanaşı kamerada saxlanılır" - Anna Qriqoryan
11 Noyabr 2026 12:09
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 12:07
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11 Noyabr 2026 11:44
Turizmin mərkəzi olan Antalya COP31-ə ev sahibliyi edir
11 Noyabr 2026 11:42
Bu avtomobil yolunun inşası ilə bağlı son vəziyyət açıqlandı
11 Noyabr 2026 10:53
Piyada qəza şəraiti yaratdı...
11 Noyabr 2026 10:45
Dövlət Komitəsi Zəfər Gününə həsr olunmuş tədbir keçirdi
11 Noyabr 2026 10:31


Bakı -°C

