adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Mart 2021 09:42
30388
KRİMİNAL

Mikroavtobus sürücüsünü boğazından bıçaqladılar

Bakının Sabunçu rayonunda sərnişin sürücünü bıçaqlayıb.

APA xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.

1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu idarə etdiyi “Mercedes” markalı kiçiktutumlu sərnişin avtobusu ilə hərəkətdə olan zaman onun boğaz və qarın nahiyəsinə naməlum şəxs bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.