Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun.
Adalet.az xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova Gazeta.ru-ya bu təhlükənin nə dərəcədə ciddi olduğu və belə vəziyyətdə qida ilə necə davranmalı olduğumuz barədə məlumat verib.
Mütəxəssisin sözlərinə görə, milçəklər ayaqlarında və bədənlərində bağırsaq infeksiyalarının törədicilərini - salmonella, patogen bağırsaq çöpləri, şigellalar, eləcə də ibtidai orqanizmlərin sistlərini və helmint yumurtalarını daşıyırlar. Epidemioloji cəhətdən əlverişsiz bölgələrdə isə vəba və qarın yatalağı xəstəliklərinin yayılma ehtimalı da mövcuddur.
Təhlükənin əsas meyarları təmasın müddəti, həşəratların sayı və qidanın növüdür. Yeməyin üzərinə bir saniyəlik qonub dərhal uçan tək bir milçək elə də böyük risk yaratmır. Lakin həşərat nəm qida üzərində uzun müddət qalıbsa və ya milçəklərin sayı çox olubsa, bağırsaq infeksiyasına yoluxma təhlükəsi xeyli artır: nəm və isti mühit bakteriyaların çoxalması üçün olduqca əlverişlidir.
İnfeksionist məhsulun növünə uyğun addım atmağı tövsiyə edir. Quru qidaları və meyvələri sadəcə yumaq və ya həşəratın toxunduğu hissəni kəsmək kifayətdir. Sulu yeməkləri, mayonezli salatları, sousları və kremləri isə atmaq daha məsləhətdir, xüsusən də onların üzərinə çoxlu milçək qonubsa və isti yerdə uzun müddət qalıblarsa.
"Əgər yeməyi uşaq, yaşlı insan, hamilə qadın və ya immuniteti zəif olan bir şəxs yeyəcəksə, əlavə tədbir görmək və ehtiyatlı olmaq xüsusilə vacibdir", - deyə Polomoşnova vurğulayıb.
Profilaktik tədbirlər çox sadədir: yeməklərin üzərini xüsusi qapaqlarla örtün, tez xarab olan məhsulları soyuducuda saxlayın və zibil qutularının qapağını daim bağlı tutun.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22


Bakı -°C

