Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - YENİLƏNİB
Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.
Adalet.az-ın məlumatına görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.
Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn müəyyənləşdirib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.
21:32
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında dördüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar - 3:1.
71-ci dəqiqədə Rokko Robert Şeyn fərqlənib.
21:06
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda öndədirlər - 2:1.
Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.
20:49
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.
Adalet.az-ın Adməlumatına görə, C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb - 2:1.
45+2-ci dəqiqədə vurulan qoldan sonra oyunda birinci hissə başa çatıb.
20:46
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab bərabərləşib.
Adalet.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə yığmamız hesaba tarazlıq gətirib - 1:1.
45+ 1-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib.
20:33
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab açılıb.
Adalet.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
32-ci dəqiqədə İoan Yakovlev fərqlənib.
20:00
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçına start verilib.
Adalet.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşü "A.Le Koq Arena”da keçirilir.
Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.
Digər Xəbərlər
23 Dekabr 2025 17:03
Azərbaycan çempionatının ən bahalı futbolçusu məlum oldu
23 Dekabr 2025 13:22
Rafinya karyerasını bitirdi
23 Dekabr 2025 11:46
Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
22 Dekabr 2025 17:55
Misli Premyer Liqasında XVII turun oyun cədvəli
22 Dekabr 2025 17:03
Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda oğurluq
22 Dekabr 2025 16:49
FIFA reytinqi: Azərbaycan millisi ili 127-ci pillədə başa vurub
22 Dekabr 2025 11:23
Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq
20 Dekabr 2025 19:43


Bakı -°C

