Milli Məclis 16 yaşadək şəxslə cinsi əlaqəyə görə yeni cəzaları l oxunuşda qəbul edib
Milli Məclis on altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzaları birinci oxunuşda qəbul edib.
Adalet.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında l oxunuşda müzakirəyə çıxarılır.
Layihəyə əsasən, Məcəllənin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin hazırki variantı isə belədir: "On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Dəyişiklik layihəsi l oxunuşda qəbul edilib.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

