adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Noyabr 2020 11:10
17653
SİYASƏT

Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək

Milli Məclis Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanat verəcək.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyır və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.

Spiker bildirib ki, Milli Məclis bununla bağlı bəyanat qəbul edəcək.