Milli Məclisə yeni avtomobillər alınıb
"2025-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 51 851 447 manat vəsait nəzərdə tutulub".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin 2025-ci il üçün xərclər smetası haqqında qərar layihəsini təqdim edərkən deyib.
O bildirib ki, sərclər smetasının ümumi dəyərinin 76,22 faizini əməkhaqqı fondu və bununla əlaqədar ayırmalar təşkil edir: "Milli Məclisin deputatlarının, aparatın və işlər idarəsinin əməkdaşlarının xidməti otaqları kompüter dəstləri və tələb olunan digər ləvazimatlarla təmin edilib. 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına Milli Məclisin deputatlarının işinin səmərəli təşkil etmək məqsədilə 2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər yeni tipli planşetlərlə əvəzlənib. Bundan başqa, Milli Məclisin avtoparkında maddi texniki bazanın yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobil alınaraq istismara verilib".
F.Hacıyev qeyd edib ki, istismara yararsız hala düşmüş elektrik avadanlıqlarının yenisi ilə əvəzlənməsi, server otaqlarında, iclas salonlarında elektron səsvermə sistemlərini idarə etmək üçün ayrılmış xüsusi otaqlarda quraşdırılmış data mərkəzində yenidənqurma işlərinin aparılması tələb olunur.
Digər Xəbərlər
09 Oktyabr 2026 00:01
Hadrutun işğaldan azad olunmasından 6 İL ÖTÜR
08 Oktyabr 2026 18:17
Sabah leysan yağacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ
08 Oktyabr 2026 17:16
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur
08 Oktyabr 2026 16:50
Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı
08 Oktyabr 2026 15:19
"Atəş açmasaydı, onu həmin gün Azərbaycana qaytarardıq" - Paşinyan
08 Oktyabr 2026 13:46
“Əgər mümkünsə elektron sistemindən əlavə alternativ üsul müəyyən edilsin...”
08 Oktyabr 2026 13:37
"328 itkin şəxsin genetik identifikasiyası həyata keçirilib" - DTX-nin baş idarə rəisi
08 Oktyabr 2026 13:36


Bakı -°C

