Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər
Milli Məclisin nümayəndə heyəti sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov yer alıb.
Səfər çərçivəsində deputatlarımız Rumıniya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.
Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və orada diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulub.
Səfər sentyabrın 29-da başa çatacaq.
Digər Xəbərlər
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12
Azərbaycan minaların xəritəsini Ermənistandan israrla tələb edəcək
26 Dekabr 2025 16:19
Deputatlar gələn həftə tətilə çıxır
26 Dekabr 2025 15:25


Bakı -°C

