Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin yaz sessiyasının fevralın 27-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Adalet.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Digər Xəbərlər
24 Fevral 2026 18:28
Fuad Oktay: Azərbaycan və Türkiyə arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir
24 Fevral 2026 17:24
Əli Əsədov yeni əmr imzaladı
24 Fevral 2026 17:08
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri görüşdülər - FOTOLAR
24 Fevral 2026 16:10
KOBİA ilə AZPROMO birləşdirildi - Prezidentdən fərman
24 Fevral 2026 14:29
Ceyhun Bayramov Fuad Oktay və Nikoloz Şamxaradze ilə görüşdü
24 Fevral 2026 14:15
Azərbaycan, İran və Gürcüstan nəqliyyat nazirləri Bakıda görüşəcək
24 Fevral 2026 13:51
Fuat Oktay: Ceyhun Bayramovla Ermənistanla sülh prosesini müzakirə etdik
24 Fevral 2026 13:09


Bakı -°C

