Milli Məclisin sədri PAİ Assambleyasında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasının iclasında çıxış edib.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova "İnklüzivlik, etimad və hamı üçün imkanlar vasitəsilə yaxşı idarəetmənin gücləndirilməsi və icmaların səlahiyyətlərinin artırılması" mövzusunda ümumi müzakirələrdə çıxışı zamanı effektiv idarəetmənin təşkilinin səmərəli təsisatlarla yanaşı, insanların bu təsisatlara etimad edib-etməməsi, qərar qəbul etmədə iştirak edə bilməsi və hər kəsin cəmiyyətə töhfə vermək üçün ədalətli imkana malik olub-olmaması ilə bağlı olduğunu söyləyib.
Parlamentlərin bu prosesdə mühüm rolunu qeyd edən spiker Sahibə Qafarova deyib ki, parlamentlər xalqı təmsil edən təsisatlar olaraq ictimai gözləntiləri dövlətin qərar qəbulu ilə əlaqələndirir, qanunvericilik, nəzarət və cəmiyyətlə dialoq vasitəsilə onlar idarəçiliyin daha şəffaf, hesabatlı və inklüziv olmasına kömək edə bilir.
Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş iştirakı üçün daha geniş imkanların yaradılması istiqamətində görülən ardıcıl addımlar haqqında məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan parlamenti bu səylərə töhfə verir. Onun sözlərinə görə, bu sahədə müasir texnologiyalar vətəndaşlarla qarşılıqlı əlaqənin genişləndirilməsinə və parlament fəaliyyəti haqqında məlumatlara daha geniş çıxışın təmin edilməsinə kömək edir. Eyni zamanda, Azərbaycan vətəndaşlara və vətəndaş cəmiyyətinə qanunvericilik prosesində birbaşa iştirak etmək imkanı verən hüquqi və institusional mexanizmlər yaradıb. O, qanunvericilik təşəbbüsü hüququnun bunun mühüm bir örnəyi olduğunu söyləyib.
Milli Məclisin sədri çıxışına yekun vuraraq bildirib ki, PAİ təcrübə mübadiləsi aparmaq, qarşılıqlı öyrənmək və daha açıq, inklüziv və etimad qazanmış təsisatların qurulmasında parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim edir.
Digər Xəbərlər
27 Oktyabr 2026 20:02
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
27 Oktyabr 2026 20:00
Prezident Forumda çıxış etdi - FOTOLAR - VİDEO - YENİLƏNİB
27 Oktyabr 2026 18:01
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub - YENİLƏNİB
27 Oktyabr 2026 17:41
UNOCT-un Azərbaycanda təmsilçiliyinin genişləndirilməsi planları müzakirə olunub
27 Oktyabr 2026 16:49
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü - FOTOLAR
27 Oktyabr 2026 14:42
“Türkiyə ilə qardaş münasibətəri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməlidir”
27 Oktyabr 2026 14:40
"Sülhün təmin edilməsi üçün hərbi xərclərin yarım faizi kifayətdir" - ICESCO-nun Baş direktoru
27 Oktyabr 2026 14:04


Bakı -°C

