Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi
Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 51 171 550 manat olacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.
Əməyin ödənişinə 38 248 130 manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 10 733 420 manat, sosial ödənişlərə 340 000 manat, qeyri-maliyyə aktivlərinə 1 850 000 manat ayrılması nəzərdə tutulur.
Malların (işlərin və xidmətlərin) satın alınması bölməsində xarici ezamiyyələr üçün xərcin məbləği 2 100 000 manat proqnozlaşdırılır.
İclasda həmçinin, Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini qəbul edib. Gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq.
Bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur. Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8,3 % çoxdur.
O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.
Məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.
Digər Xəbərlər
18 Dekabr 2025 13:30
“Ermənistan Rusiyadan neft məhsullarını azaldır...”
18 Dekabr 2025 11:17
Bakı limanı 100 000-ci konteyneri qəbul edib
17 Dekabr 2025 17:40
Türkiyədən Azərbaycana pul köçürmələri artdı
17 Dekabr 2025 11:19
““Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək...”
16 Dekabr 2025 19:39
Azərbaycan bu ölkələrlə yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır
16 Dekabr 2025 16:56
Çinlə ticarət dövriyyəsi 4 milyard dolları ötdü
16 Dekabr 2025 15:13
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
16 Dekabr 2025 15:08


Bakı -°C

