Milli Məclisin xərcləri artırılır

2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün ayrılan vəsait artırılır.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Milli Məclisə ayrılan vəsaitin 252.5 min manat artırılması nəzərdən keçirilib və həllini tapıb.
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulmuşdu. Xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Digər Xəbərlər

"Bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Dövlət başçısı

"Vətən müharibəsi həm peşəkarlıq, həm milli ruh salnaməsidir" - Prezident

Ceyhun Bayramov: Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir

Nazir: Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırırıq

“Bizə deyilir ki, istintaq davam edir” - Nazir AZAL təyyarəsinin qəzasından danışdı

Prezident Almaniya Kanslerinə məktub göndərdi

İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
