Milli Məclisin yaz sessiyasının işlər planı təsdiqləndi
Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü il yaz sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb.
Adalet.az xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.
Bunlar “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi haqqında”, Rəqabət Məcəlləsinin layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında”, “Ali təhsil haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələridir.
Bundan başqa, işlər planına digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması da daxil edilib.
Sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vatandaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.
Yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.
Nicat
Digər Xəbərlər
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52


Bakı -°C

