Milli mətbuatımız bu il 150 illik yubileyini qeyd edir - Əhməd İsmayılov
Bu il Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət yaddaqalan illərdəndir.
Adalet.az xəbər verir ki, bunu təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir:
“Peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə cənab Prezidentə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik!”
Ə. İsmayılov qeyd edib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olub:
"Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olub".
Digər Xəbərlər
12 Dekabr 2025 16:52
MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
11 Dekabr 2025 11:17
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
09 Dekabr 2025 19:37
Tanınmış jurnalist Azərbaycan Dövlət Radiosuna rəhbər təyin edildi
09 Dekabr 2025 17:46
Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlimlərə başlanılıb - FOTOLAR
08 Dekabr 2025 15:19
AZƏRTAC-ın müxbiri “Persona-2025” nominasiyasının qalibi olub
08 Dekabr 2025 15:05
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
08 Dekabr 2025 14:40
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
05 Dekabr 2025 14:45


Bakı -°C

