Milli Qəhrəmanımızın şəhadətindən 31 il ötür - FOTO+VİDEO
Xəbər verdiyimiz kimi Milli Qəhrəman Vüqar Mürsəlovun vəfatından 31 il ötür.
Adalet.az xəbər verir ki, bu gün Vüqarın nə atası, nə də anası həyatdadır. Vüqar anasını erkən yaşlarında itirib, atası isə bir neçə il öncə vəfat edib. Şəhid Milli Qəhrəmanın atası Mirəzbər Mürsəlov hələ sağlığında bizimlə görüşərkən bildirmişdi ki, “bir gün bu həyatda mən olmasam, çalışın Vüqarı həmişə xatırlayın, haqqında yazın ki, gənclərimiz onu tanısın”. Biz də bu sözü həmişə uca tutmuşuq.
Vüqar Mürsəlov 1963-cü il martın 10-da Cəlilabadın Göytəpə qəsəbəsində anadan olub. 1980-ci ildə Göytəpə şəhər 1 saylı tam orta məktəbini bitirdikdən sonra Bakı Texniki Peşə məktəbində təhsilini davam etdirib. Ardınca Politexnik Texnikumuna daxil olaraq oranı da yüksək qiymətlərlə bitirib. Əsgəri xidmətini çəkmək üçün Belarusiyanın Brest şəhərinə göndərilib və qvardiya baş çavuşu, tankçı vəzifəsi ilə ordudan tərxis olunub.
O, hərbi xidmətdən qayıtdıqdan sonra Göytəpə Avtomobil zavodunda öz ixtisası üzrə peşə fəaliyyətinə başlayıb. Lakin Qarabağda mənfur ermənilərlə döyüşlər başladığı üçün Vüqar 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və döyüşə göndərilir. Vüqar bir illik döyüş müddəti ərzində Füzuli, Ağdam, Xanlar, Şuşa, Goranboy, Ağdərə istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak edir.
Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmancasına şəhid olub. Şəhidimiz Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Göytəpə şəhər 1 nömrəli orta məktəbi Vüqar Mürsəlovun adını daşıyır. Həmçinin Göytəpə şəhərində küçələrdən biri Vüqar Mürsəlovun adına verilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn
Digər Xəbərlər
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin” - İlham Əliyev
15 Sentyabr 2026 16:16
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
15 Sentyabr 2026 15:49
Kobud qayda pozuntularına qarşı mübarizə...
15 Sentyabr 2026 15:31
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
15 Sentyabr 2026 15:27


Bakı -°C

