“Milli Qurtuluş Günü Azərbaycanın siyasi taleyində həlledici mərhələdir” - Cavanşir Feyziyev
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir
Azərbaycanın müstəqillik dövrü tarixində 15 iyun - Milli Qurtuluş Günü ölkənin siyasi taleyində həlledici mərhələ kimi xarakterizə olunur. Həmin gün Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə dərinləşən böhranın qarşısı alındı, dövlət parçalanma təhlükəsindən xilas edildi.
Milli Məclisin deputatı Cavanşir FeyziyevMetbuat.az-a açıqlamasında 15 iyunun Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, həmin dövrdə ölkə ağır hərbi-siyasi və iqtisadi şəraitlə üz-üzə idi:
“15 iyun bütün hərbi-siyasi reallıqların Azərbaycanın əleyhinə formalaşdığı bir zamanda dövlət müstəqilliyimizin qorunub saxlanması baxımından xalqımızın siyasi tarixində həlledici gündür. Həmin gün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcəyi ilə bağlı xalqın inamını möhkəmləndirdi. 15 iyundan sonra ölkədə və ölkəmiz ətrafında baş verən bütün hadisələr müstəsna olaraq Azərbaycan xalqının xilasına və sonrakı inkişafına xidmət etdi”.
C.Feyziyevin sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hərbi-siyasi böhranın aradan qaldırılması, iqtisadi tənəzzülün dayandırılması və genişmiqyaslı islahatların həyata keçirilməsi müstəqil dövlət quruculuğunun əsasını qoyub:
“Heydər Əliyevin rəhbərliyi altında ölkədə hərbi-siyasi böhranın aradan qaldırılması, iqtisadi tənəzzülün dayandırılması, hərtərəfli islahatların həyata keçirilməsi müstəqil dövlət quruculuğunun və Azərbaycanın sonrakı inkişafının əsasını qoydu.Ulu Öndərin siyasi kursu sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilib və inkişaf etdirilib. Ulu öndərin siyasi kursu müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasına çevrildi və Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə yaradıcılıqla davam etdirildi”.
Deputat həmçinin qeyd edib ki, bu siyasi xətt Azərbaycanın sonrakı uğurlarına, o cümlədən ərazi bütövlüyünün bərpasına qədər uzanan proseslərə təsir göstərib:
“Heydər Əliyev siyasi kursu bütün sonrakı nailiyyətlərimizin əldə olunmasına, o cümlədən torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı. Son 33 ildə baş verən hadisələrin ümumi təhlili göstərir ki, 15 iyun yalnız bir tarix deyil, davamlı dövlətçilik prosesinin başlanğıcıdır:Milli Qurtuluş günü tariximizdə sadəcə bir gün deyil. 1993-cü ilin 15 iyun tarixindən sonra yaşanan hər bir günümüz Milli Qurtuluşun davamıdır”.
Deputat sonda qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndərin xatirəsini hər zaman ehtiramla anır və dövlət siyasətində onun müəyyən etdiyi kursa sadiqlik nümayiş etdirilir.
Digər Xəbərlər
15 Iyun 2026 14:28
Ərdoğan Azərbaycanı təbrik etdi
15 Iyun 2026 14:04
“ABŞ və İran arasında saziş imzalanarsa...”
15 Iyun 2026 13:09
"ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq" - XİN
15 Iyun 2026 13:08
Sərdar Berdiməhəmmədov Azərbaycana gələcək
15 Iyun 2026 13:04
"Hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik" - Türkiyə MN
15 Iyun 2026 12:06
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
15 Iyun 2026 11:08
“Hacıyev Dilicanda tarix yazdı...”
15 Iyun 2026 10:05


Bakı -°C

