adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Dekabr 2021 11:25
1025
ŞOU-BİZNES

Milyonların sevgisini qazana Necati Şaşmazın 50 illik ömrü: Həyatı, yaradıcılığı, gələcək planları... 

Bu gün böyük tamaşaçı kütləsi toplayaraq , reytinqləri qıran "Kurtlar Vadisi Pusu" serialının məhşur aktyoru Necati Şaşmazın doğum günüdür.

Onun 50 yaşı tamam olur
 
Adalet.az  xəbər verir ki, sevilən aktyor 15 dekabr 1971 tarixində Elazığda Abdulkadir - Sahil Şaşmaz cütlüyünün oğlu olaraq dünyaya gəlmişdir. Tam adı Məhəmməd Necati Şaşmazdır. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 1 bacı, 1 qardaşı vardır. Əsl peşəsi turizmçilik olanŞaşmaz, təhsilini Kanadada tamamlamışdır.

Amerikada 6 il qalan Şaşmaz, 2001-ci ildə bir müddətəailəsini ziyarətə etməyə gəldiyi vaxtda geri qayıtmabiletini 11 Sentyabr 2001 tarixinə aldı. Amerikadayaşanan hücumlar səbəbiylə təyyarəsi Amerikayaçatmadan geri dönən Şaşmaz, sonradan ailəsinin tələbiüzərinə Amerikaya qayıtmaqdan imtina etdi.

Həyatına Türkiyədə davam etmə qərarı alan NecatiŞaşmaz, Ankarada sığorta agentliyi açdı. Çox keçmədənİstanbulda Osman Sınav'la bir iş görüşməsi etdi. Özünəbir istehsalın ssenari qrupunda iştirak etməsi təklifigələcəyini gözləməsi ilə görüşməyə getdi. Osman Sınavın"Bir dizi düşünürük, səni də baş rolda düşünürəm" sözlərinə, düşünmək istədiyini söyləyən Şaşmaz, bir aysonra təklifi qəbul etdi.

Həyatını tamamilə dəyişdirdiyini söylədiyi “KurtlarVadisi” proyektinə belə başlayan Nəcati Şaşmaz, şəxsihəyatının qalmadığını, "Məni yalnız Ankarada adımlaçağırırlar, İstanbulda hər kəs Polat deyir" sözləri ilə diləgətirdi.

Əmisi, köhnə MHP millət vəkili Tahir Şaşmaz olan Necati Amerikada qaldığı dövrdə yaşıl kart sahibi oldu. Bu səbəbdən də əvəzli əsgərlikdən faydalanaraq, əsgərliyini 28 gün etdi. 

Özündən 21 yaş kiçik olan həyat yoldaşı Nagehandanayrılsa da onların 2 oğul övladı var. Ondan əvvəl isəAmerikada yaşayarkən Klara adlı bir qadınla bir il, ordadan geri dönərkən Nur Fəttahoğlu ilə 2 il evli olub.

Necati Şaşmazın, içərisində ilahi eşqi izah edən şeirlərinin yer aldığı bir şeir kitabı var.Necati Şaşmaz 2 Noyabr 2014 tarixində dizi çəkilişləri əsnasında öz istifadə etdiyi vasitənin idarədən çıxması nəticəsində yol qəzası keçirdi. Çənəsində qırıq olduğu təsbit edildi və əməliyyat edildi.

Əntiqə Rəşid