Mina partlayışında həlak olan Xəzər Zamanov dəfn edildi
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov dəfn olunub.
Adalet.az xəbər verir ki, mərhumla Nizami rayonunda vida mərasimi keçirilib. Mərasimdə mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, ötən gün DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan Camalzadə Asim Knyaz oğlu, Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu və Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Digər Xəbərlər
07 Yanvar 2026 16:06
Qazaxda yanacaq daşıyan avtomobil partladı - Ölən var - VİDEO-YENİLƏNİB
07 Yanvar 2026 15:00
Cəbrayılda mina partladı - Xəsarət alan var
07 Yanvar 2026 12:21
“Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür...”
06 Yanvar 2026 20:41
Əməkdar müəllim vəfat etdi
06 Yanvar 2026 16:38
Evdəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO - VİDEO - YENİLƏNİB
06 Yanvar 2026 13:02
Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olundu
06 Yanvar 2026 12:28
Şəhid atası vəfat etdi – FOTO
05 Yanvar 2026 17:54


Bakı -°C

