Minaya düşən traktorçu hospitala təxliyə edilib - YENİLƏNİB
Ağdamda minaya düşərək xəsarət alan traktorçu Məlik Qədir oğlu Məmmədov Mingəçevirdəki hospitala göndərilib.
Adalet.az xəbər verir ki, onun ilkin müayinəsi əvvəlcə Ağdamdakı xəstəxanada aparılıb.
Daha sonra müalicəsinin ixtisaslı tibb müəssisəsində aparılması qərara alınıb və zərərçəkən Mingəçevirdəki hospitala təxliyə edilib.
***
08:39
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 17 dekabr tarixində mina hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
***
17 dekabr, saat 22:06
Ağdamda traktorçu minaya düşüb.
Adalet.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Kənd sakini Məlik Qədir oğlu Məmmədov sahədə soğan səpərkən minaya düşüb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb./Teleqraf


Bakı -°C

